...

İnquşetiyadakı xüsusi əməliyyatın iştirakçıları Doku Umarovu zərərsizləşdirdiklərini güman edirlər - qəzet

Hadisə Materials 29 Mart 2011 11:59 (UTC +04:00)
İnquşetiyada keçirilən xüsusi əməliyyat nəticəsində məhv edilən yaraqlılar arasında gizli bandanın rəhbəri Doku Umarov da ola bilər. Trend-in məlumatına görə, bu barədə "Komersant" qəzeti əməliyyat iştirakçılarına istinadən yazır.
İnquşetiyadakı xüsusi əməliyyatın iştirakçıları Doku Umarovu zərərsizləşdirdiklərini güman edirlər - qəzet

İnquşetiyada keçirilən xüsusi əməliyyat nəticəsində məhv edilən yaraqlılar arasında gizli bandanın rəhbəri Doku Umarov da ola bilər. Trend-in məlumatına görə, bu barədə "Komersant" qəzeti əməliyyat iştirakçılarına istinadən yazır.

Bazar ertəsi Rusiya HHQ-nin dəqiq zərbələri və yerüstü əməliyyatlar nəticəsində yaraqlıların Şimali Osetiya Respublikası (Alaniya) və İnquşetiya ərazisindəki terror aktları üçün intiharçı-terrorçular hazırlayan bazası məhv edilib. Milli Antiterror Komitəsi (MAK) ümumilikdə, 17 yaraqlının məhv edildiyini bəyan edib. Onların şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. Məlumatı "RİA Novosti" yayıb.

Qəzetin yazdığına görə, əməliyyat iştirakçıları güman edirlər ki, zərərsizləşdirilənlər arasında intiharçıları hazırlayan Aslan Byutukayev, "Qafqaz Əmirliyi"nin rəhbəri Doku Umarovun özü də ola bilər. Umarov Moskva metrosunda törədilən partlayışa (düz bir il əvvəl) və "Domodedovo" aeroportundakı terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti