...

Şirvanda elektrik şəbəkəyə məxsus məftilləri oğurlayan ata və oğulları tutulub

Hadisə Materials 2 Aprel 2011 14:50 (UTC +04:00)
"Şirvan Regional Elektrik Şəbəkəsi" MMC-yə məxsus mis məftilləri oğurlayan ata və oğulları tutulub.
Şirvanda elektrik şəbəkəyə məxsus məftilləri oğurlayan ata və oğulları tutulub

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir K.Zərbalıyeva/

"Şirvan Regional Elektrik Şəbəkəsi" MMC-yə məxsus mis məftilləri oğurlayan ata və oğulları tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Salyan rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də elektrik şəbəkəyə məxsus 300 metr uzunluğunda elektrik naqilini, martın 28-də 400 metr uzunluğunda mis məftili kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Əli Məmmədov, onun oğlu Zeynal və Səbuhi İbrahimov və Masallı rayon sakini Əkrəm Hüseynov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti