...

Polisə yalan məlumat verən şəxs tutulub

Hadisə Materials 11 Aprel 2011 12:56 (UTC +04:00)
Polisə yalan məlumat verən şəxs tutulub.
Polisə yalan məlumat verən şəxs tutulub

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Polisə yalan məlumat verən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 11-də saat 01:07 radələrində özünü təqdim etməyən şəxs Sabunçu qəsəbəsi ərazisindəki taksofondan DİN-in "102" xidmətinə zəng edərək "Sabunçuda bomba var" deyərək dəstəyi asıb.

Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının dərhal həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində polisə yalan məlumatı vermiş Göyçay rayon sakini Orxan Həbubullayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti