...

Hacıqabulda avtobus aşıb, ölən və yaralananlar var

Hadisə Materials 22 Aprel 2011 13:21 (UTC +04:00)
Bu gün səhər saatlarında Hacıqabulda avtobus aşıb, ölən və yaralananlar var.
Hacıqabulda avtobus aşıb, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün səhər saatlarında Hacıqabulda avtobus aşıb, ölən və yaralananlar var.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, bu gün saat 10:00 radələrində Bakı-Qazax yolunun 112-ci kilometrliyində "Hyundai" markalı avtobus aşıb.

Avtobusun Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna məxsus olduğu bildirilir.

Hadisə zamanı sərnişinlərdən biri hadisə yerində keçinib, 10-dan artıq sərnişin xəsarət alıb.

Avtobusun aşmasına güclü küləyin səbəb olduğu ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti