Azərbaycan, Bakı, 3 may /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda 23 yaşlı gəlin intihar edib.
Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dünən saat 01:00 radələrində 23 yaşlı Bayramova Zərinə Hicran qızı özünü asıb.
Onun meyiti Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində yeni tikilidə hamamdakı su borusundan asılı vəziyyətdə tapılıb.
Bayramovanın yeni ailə qurduğu bildirilir.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.