...

Bakıda ədliyyə orqanları əməkdaşları avtomobil qəzasına düşüblər

Hadisə Materials 3 May 2011 12:30 (UTC +04:00)
Bakının Qaradağ rayonunda ədliyyə orqanları əməkdaşları avtomobil qəzasına düşüb.
Bakıda ədliyyə orqanları əməkdaşları avtomobil qəzasına düşüblər

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Qaradağ rayonunda ədliyyə orqanları əməkdaşları avtomobil qəzasına düşüblər.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, Qaradağ rayonu ərazisində Bərdə rayon sakini Xəlil Babayev "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı dirəyə vurub.

Nəticədə Babayev hadisə yerində ölüb. Xəsarət almış sərnişini Natiq Camalov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Babayevin Bərdə rayon məhkəməsinin dəftərxana müdiri, Camalovun isə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Bərdə rayonu üzrə rəisi olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti