...

Azərbaycan Ordusunun əsgəri yol qəzasında ölüb

Hadisə Materials 24 May 2011 12:50 (UTC +04:00)
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bazar günü saat 23:30 radələrində şəhər sakini Fuad Məmmədov "Damas" markalı avtomaşını idarə edərkən 1993-cü il təvəllüdlü Qəhrəman Cavadovu vurub.
Azərbaycan Ordusunun əsgəri yol qəzasında ölüb

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıt şəhərində yol qəzasında Azərbaycan Ordusunun əsgəri ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bazar günü saat 23:30 radələrində şəhər sakini Fuad Məmmədov "Damas" markalı avtomaşını idarə edərkən 1993-cü il təvəllüdlü Qəhrəman Cavadovu vurub.

Cavadov aldığı xəsarətdən hadisə yerində ölüb.

Cavadovun Müdafiə Nazirliyinə məxsus "N" saylı hərbi hissənin əsgəri olduğu bildirilir.

Sumqayıt ŞHK-dan hərbi xidmətə çağırılan Cavadov bir neçə gündür məzuniyyətə buraxılmışdı.

Xəbər lenti

Xəbər lenti