Azərbaycan, Bakı, 18 iyun /Trend/
İyunun 18-i saat 02:15 radələrində Mərdəkan qəsəbəsi "Tropikanka" çimərliyində Bakı şəhər sakini Çingiz Allahverdiyev mübahisə zəminində tapançadan atəş açaraq Goranboy rayon sakini Miremil İbrahimlinin ayaqlarından və başından xəsarət yetirib. Bu barədə şənbə günü Trend-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Allahverdiyev Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən yaxalanıb. Yaralı 3 saylı xəstəxanaya yerləşdirilib və orada ölüb.