...

Azərbaycan təyyarəsinin qəza səbəblərini araşdıran komissiyanın bütün qüvvələri hava gəmisinin qalıqlarının axtarışına cəlb olunub - komissiya üzvü

Hadisə Materials 11 İyul 2011 20:03 (UTC +04:00)
Komissiya üzvləri ilk növbədə qəzaya uğramış Azərbaycan təyyarəsini tapmağa və onun qalıqlarını götürməyə çalışırlar.
Azərbaycan təyyarəsinin qəza səbəblərini araşdıran komissiyanın bütün qüvvələri hava gəmisinin qalıqlarının axtarışına cəlb olunub - komissiya üzvü

Azərbaycan, Bakı, 11 iyul /Trend M.Əliyev/

Komissiya üzvləri ilk növbədə qəzaya uğramış Azərbaycan təyyarəsini tapmağa və onun qalıqlarını götürməyə çalışırlar. Bütün qüvvələr məhz buna çalışır. Bu barədə bazar ertəsi Trend-ə hadisənin araşdırılması üzrə komissiyanın üzvü, "Silk Way" aviaşirkəti direktorunun müşaviri Adil Qasımov bildirib.

Onun sözlərinə görə, xüsusi komissiyanın nümayəndələri atışma ilə əlaqədar dağlara qalxa bilmirlər.

Qasımov bildirib ki, yerli polis, bələdiyyə orqanları axtarışda onlara kömək etmək üçün yerli sakinlərə müraciət edirlər.

"Real vəziyyət çox ağırdır", - komissiyanın üzvü bildirib.

İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan vətəndaşı, digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşları olublar. Əfqanıstanın rəsmi şəxslərindən əldə olunan məlumata görə, bütün ekipaj üzvləri həlak olub.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

"Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin qəzaya uğramasını araşdıran komissiya şənbə günü hava gəmisinin "Taliban" hərəkatı tərəfindən vurulmasının əsas versiyalardan biri olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti