...

Elektrik xətlərini oğurlayan cinayətkar dəstə yaxalanıb

Hadisə Materials 15 İyul 2011 18:06 (UTC +04:00)
Elektrik xətlərini oğurlayan cinayətkar dəstə yaxalanıb.
Elektrik xətlərini oğurlayan cinayətkar dəstə yaxalanıb

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Elektrik xətlərini oğurlayan cinayətkar dəstə yaxalanıb. Trend-in Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 17-dən 18-nə keçən gecə Xızı rayonunun ərazisindən keçən yüksək gərginlikli hava xəttindən 250 metr, iyunun 19-dan 20-nə keçən gecə isə 450 metr mis məftil naməlum şəxslər tərəfindən kəsilərək oğurlanıb.

Cinayətkarların müəyyən edilib tutulması istiqamətində Xızı RPŞ əməkdaşlarının iyunun 22-dən 23-nə keçən gecə saat 03:00 radələrində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hava xətlərindən oğurluq etmiş Altay Abdullayev, Şamo Bağırov, Sərxan Əliyev, Ramin Şirinov, Rufan Cabbarov və İlkin Babayev cinayət başında maddi sübutlarla birlikdə yaxalanıb.

Onların ətrafında aparılan tədbirlər nəticəsində məlum olub ki, cinayətkar dəstə Xızı rayonundan başqa, Abşeron, Qaradağ və Xəzər rayonlarının ərazilərində də 10 fakt üzrə analoji cinayətlər törədib.

Xəbər lenti

Xəbər lenti