...

Qaradağda ağır yol nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 25 İyul 2011 12:52 (UTC +04:00)
Qaradağda ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə bazar ertəsi Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Qaradağda ağır yol nəqliyyat hadisəsi baş verib

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Qaradağda ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə bazar ertəsi Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, iyulun 24-də gecə saat 04:00 radələrində Bakı-Qazax yolunun Qaradağ rayon ərazisindən keçən 31-ci kilometrliyində 1990-cı il təvəllüdlü, Qaradağ rayon sakini Mehdiyev Sənan Nadirxan oğlu idarə etdiyi "Mercedes-Benz" markalı 90-XL-271 dövlət qeydiyyat nişanlı avtomobili yolun sağ kənarına çıxararaq aşırıb. Qəza nəticəsində xəsarət alanlar Bakı şəhər Klinik Tibbi Mərkəzinə çatdırılsalar da, sürücü və avtomobildə olan sərnişinlərdən Qaradağ rayon sakini 1993-cü il təvəllüdlü Hüseynov Asim Mahir oğlu ölüb. Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Rəcəbov Amid Əfqan oğlunun vəziyyəti qənaətbəxşdir.

Xəbər lenti

Xəbər lenti