Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda avtomobil dərəyə aşıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonunda "OPEL" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxıb və dərəyə yuvarlanaraq ağaca çırpılıb.
Nəticədə nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, avtomobildə olan 2 nəfər yaralanıb, 1 nəfər isə həlak olub.
Yaralılardan biri xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış digər yaralını və həlak olmuş şəxsin cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.