...

Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanın mülki şəxsi yaralanıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 28 İyul 2011 12:13 (UTC +04:00)
Ermənistan Qilahlı Qüvvələrinin bölmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycanın bir mülki şəxsi yaralanıb.
Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanın mülki şəxsi yaralanıb (ƏLAVƏ OLUNUB)

Qazax rayon prokuroru Abisalam Heydərovun hadisənin təfərrüatları ilə bağlı məlumatı əlavə olunub (ilk xəbər saat 11:01-də yayılıb)

Azərbaycan, Qazax, 28 iyul /Trend, müxbir K.Almədətov/

Ermənistan Qilahlı Qüvvələrinin bölmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycanın bir mülki şəxsi yaralanıb.

Trend-in bölgə müxbirinin verdiyi məlumata görə, dünən saat 15:40 radələrində Qazaxın Ermənistanla sərhəddə yerləşən Məzəm kəndinin sakini 24 yaşlı Nailə Poladova ermənilərin açdığı atəş nəticəsində sağ qolundan ağır xəsarət alıb.

Poladova Qazax rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, yaralının vəziyyəti ağırdır.

Qazax rayon prokuroru Abisalam Heydərov cümə axşamı Trend-ə bildirib ki, Qazax şəhərində yaşayan 1987-ci il təvəllüdlü Poladova Məzəm gölü ətrafında istirahət edərkən ermənilərin açdığı atəş nəticəsində kürəyindən yaralanıb.

Prokurorun sözlərinə görə, güllə Poladovanın kürəyindən girib, qolundan çıxıb. O, xəstəxanaya çatdırılıb və əməliyyat olunub, vəziyyəti stabildir.

Heydərov faktla bağlı rayon prokurorluğunda araşdırma aparıldığını bildirib.

Xəbər lenti

Xəbər lenti