...

Azərbaycanda 10 tondan artıq çətənə kolu məhv edilib

Hadisə Materials 2 Avqust 2011 13:26 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 10 tondan artıq narkotik vasitə sayılan çətənə kolu məhv edilib.
Azərbaycanda 10 tondan artıq çətənə kolu məhv edilib

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Azərbaycan Daxili İşlər Nazirliyinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 10 tondan artıq narkotik vasitə sayılan çətənə kolu məhv edilib.

DİN-in mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildirilib ki, Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Həzi Aslanov qəsəbəsi ərazisindən çəkisi 8 ton 600 kiloqram olan 12 350 ədəd çətənə kollarını yığaraq məhv edib.

Bununla yanaşı, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Qax RPŞ əməkdaşları rayonun Tanqut kəndi ərazisindən çəkisi 2,644 kiloqram olan 8 346 ədəd, Gədəbəy RPŞ əməkdaşları Başkənd kəndi ərazisindən çəkisi 2 ton 30 kiloqram olan 1 025 ədəd yabanı halda bitmiş çətənə kollarını yığaraq məhv ediblər.

Xəbər lenti

Xəbər lenti