...

Bakıda partlayış baş verib, ölənlərlərdən biri sexin rəisi, digərləri isə qaz idarəsinin işçiləri olub (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 3 Avqust 2011 13:15 (UTC +04:00)
Bakıda partlayış baş verib, ölənlər və yaralı var (ƏLAVƏ OLUNUB)
Bakıda partlayış baş verib, ölənlərlərdən biri sexin rəisi, digərləri isə qaz idarəsinin işçiləri olub (ƏLAVƏ OLUNUB-2)

Son üç abzasda ölənlərin şəxsiyyəti barədə məlumat əlavə edilib ( ilk xəbər saat 12:33-də yayılıb)

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir İ.İsabalayeva/

Bakıda partlayış baş verib.

Nərimanov rayon Polis İdarəsindən çərşənbə günü Trend-ə bildiriblər ki, partlayış bu gün səhər saatlarında rayonun Ağa Nemətulla küçəsində baş verib. Partlayış ərazidə fəaliyyət göstərən kolbasa sexində qeydə alınıb.

İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov Trend-ə bildirib ki, hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər isə yaralanıb.

Ölənlər və yaralının şəxsiyyəti müəyyənləşdirilir.

Klinik Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov isə Trend-ə bildirib ki, yaralının bədəninin müxtəlif hissələrinə şüşələr batıb. Onun bədənindən şüşələr təmizlənir. Salahov deyib ki, ilkin ehtimala görə, onun üzərində əməliyyat aparılmasına ehtiyac yoxdur.

Yaralı kişi cinsindəndir və şəxsiyyəti müəyyənləşdirilir, vəziyyəti qənaətbəxşdir.

Daha sonra Mürsəl Həmidov Trend-ə bildirib ki, ölənlərdən birinin şəxsiyyəti müəyyənləşdirilib. Həmin şəxs sexin rəisi təxminən 45 yaşlı Ağagülov Rövşəndir. Digər ölən iki şəxs isə həmin vaxt hadisə yerində işləyən qaz idarəsinin işçiləri olub. İlkin ehtimala görə, digər ölənlər isə 35-45 yaşlı kişilərdi.

Yaralanan şəxs isə 35-45 yaş arasında olan Şükürov soyadlı kişidir.

Həmidov deyib ki, hadisənin sexdeki qaz balonunun partlamasından baş verdiyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti