Nəqliyyat Nazirliyinin məlumatı əlavə olunub (ilk xəbər saat 16:11-də yayılıb)
Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir M.Əliyev/
"Azpetrol" şirkətinin Hacıqabul rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Hüquq-mühafizə orqanlarından çərşənbə axşamı Trend-ə bildirilib ki, ilkin məlumata görə, 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Nəqliyyat Nazirliyində də baş verən hadisəni təsdiq ediblər. "Hazırda sərnişin nəqliyyatı xidmətinin əməkdaşları hadisə yerinə gediblər", - nazirlikdən bildirilib.