...

Hacıqabulda "Azpetrol"un YDM-də partlayış baş verib: azı iki nəfər ölüb, səkkiz nəfər yaralanıb (ƏLAVƏ OLUNUB-3)

Hadisə Materials 9 Avqust 2011 17:09 (UTC +04:00)
Hacıqabulda "Azpetrol"un YDM-də partlayış baş verib: azı iki nəfər ölüb, səkkiz nəfər yaralanıb (ƏLAVƏ OLUNUB-3)
Hacıqabulda "Azpetrol"un YDM-də partlayış baş verib: azı iki nəfər ölüb, səkkiz nəfər yaralanıb (ƏLAVƏ OLUNUB-3)

Sonuncu abzasa Hacıqabul rayon Fövqəladə Hallar Komissiyasının məlumatı əlavə olunub (ilk xəbər saat 16:11-də yayılıb)

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbirlər M.Əliyev, E.İsmayılov/

"Azpetrol" şirkətinin Hacıqabul rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

"Azpetrol" şirkətinin mətbuat xidmətinin rəhbəri Camal Zeynalovun Trend-ə bildirdiyinə görə, hadisəyə səbəb "Azpetrol" şirkətinə məxsus olmayan, yolla hərəkət edən yanacaq daşıyan maşının qəzadan yayınmaq məqsədilə avtomobili məntəqəyə istiqamətləndirərək məntəqədə olan digər avtomobillərlə toqquşması olub. Hadisə nəticəsində həm məmtəqə işçiləri, həm də YDM-də avtomobillərinə yanacaq dolduran vətəndaşlar xəsarət alıblar. Xəsarət alanların sayı barədə şirkət məlumata malik deyil.

Məlumatı Hacıqabul rayonunun hüquq-mühafizə orqanlarında da təsdiq ediblər.

Nəqliyyat Nazirliyində də baş verən hadisəni təsdiq ediblər. "Hazırda sərnişin nəqliyyatı xidmətinin əməkdaşları hadisə yerinə gediblər", - nazirlikdən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon Fövqəladə Hallar Komissiyasından Trend-ə bildiriblər ki, ilkin məlumata görə, hadisə zamanı 8 avtomobil yararasız vəziyyətə düşüb, yanacaqdoldurma məntəqəsinə ziyan dəyib. Yaralılar xəstəxanaya çatdırılıblar.

Xəbər lenti

Xəbər lenti