...

Tbilisidə Kürə düşən Türkiyə vətəndaşı axtarılır

Hadisə Materials 10 Avqust 2011 19:03 (UTC +04:00)
Hazırda Tbilisinin Metex körpüsü yaxnlığında Kür çayında xilasedicilər bir şəxsi axtarırlar. Onlar suda yardım istəyən gənc oğlanı gördüyünü bildirən vətəndaş tərəfindən çağrılıblar.
Tbilisidə Kürə düşən Türkiyə vətəndaşı axtarılır

Gürcüstan, Tbilisi, 10 avqust /Trend, müxbir N.Kirsxaliya/

Hazırda Tbilisinin Metex körpüsü yaxnlığında Kür çayında xilasedicilər bir şəxsi axtarırlar. Onlar suda yardım istəyən gənc oğlanı gördüyünü bildirən vətəndaş tərəfindən çağrılıblar.

Axtarışlar hələ ki nəticə verməyib.

Xilasedicilər yalnız içində sənədlər olan çanta tapıblar. Sənədlər Türkiyə vətəndaşı Murad Gündüzə məxsusdur. Onun özünə qəsd məqsədilə, yaxud ehtiyatsızlıqdan çaya düşməsi məlum deyil.

Hadisə yerinə Türkiyənin Gürcüstandakı səfirliyinin nümayəndəsi gəlib.

Xəbər lenti

Xəbər lenti