...

Bakıda gənclərin mübahisəsi ölümlə nəticələndi

Hadisə Materials 16 Avqust 2011 10:16 (UTC +04:00)
Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, avqustun 15-də saat gecə saatlarında Bilgəh qəsəbəsin qəsəbə sakini 24 yaşlı Rəşad Əliyev aralarında yaranmış mübahisə zamanı qonşusu, 21 yaşlı Vasif Əliyevi bıçaqla qətlə yetirib.
Bakıda gənclərin mübahisəsi ölümlə nəticələndi

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, avqustun 15-də saat gecə saatlarında Bilgəh qəsəbəsin qəsəbə sakini 24 yaşlı Rəşad Əliyev aralarında yaranmış mübahisə zamanı qonşusu, 21 yaşlı Vasif Əliyevi bıçaqla qətlə yetirib.

Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti