...

Tehranda 5 mərtəbəli ticarət mərkəzində yanğın olub, 3 nəfər ölüb

Hadisə Materials 18 Avqust 2011 14:09 (UTC +04:00)
Tehranda Mənuçöhri xiyabanında yerləşən 5 mərtəbəli ticarət mərkəzində yanğın baş verib, hadisə nəticəsində 3 nəfər ölüb.
Tehranda 5 mərtəbəli ticarət mərkəzində  yanğın olub, 3 nəfər ölüb

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Tehranda Mənuçöhri xiyabanında yerləşən 5 mərtəbəli ticarət mərkəzində yanğın baş verib, hadisə nəticəsində 3 nəfər ölüb. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata görə, ölənlərdən biri qadın, digər ikisi kişidir. Yanğınsöndürənlər 30 nəfəri xilas edə biliblər. Xilas edilənlərin vəziyyəti qənaətbəxşdir. Yanğın ticarət mərkəzindəki 70 mağazaya ziyan vurub. Yanğını söndürmək üçün 9 yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğın uşaq geyimi dükanından başlayıb.

Xəbər lenti

Xəbər lenti