...

Bakının Bayıl yamacında sürüşmə dayanıb

Hadisə Materials 20 Avqust 2011 11:24 (UTC +04:00)
Bakının Bayıl yamacında çərşənbə günü başlayan sürüşmə prosesi dayanıb. Bu barədə şənbə günü Trend-ə Səbail rayon İcra Hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov məlumat verib.
Bakının Bayıl yamacında sürüşmə dayanıb

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir T.Hacıyev/

Bakının Bayıl yamacında çərşənbə günü başlayan sürüşmə prosesi dayanıb. Bu barədə şənbə günü Trend-ə Səbail rayon İcra Hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov məlumat verib.

Onun sözlərinə görə, ərazidə bir neçə hissədə mayaklar yerləşdirilib, proses öyrənilir və ölçmə işləri aparılır.

"Ölçmə nəticəsində sürüşmə halı nəzərə çarpmayıb", - Kərimov əlavə edib.

O, həmçinin qeyd edib ki, hazırda ərazidə çatların arasının doldurulması və bərkitmə işləri həyata keçirilir.

Səbail rayonu Bayıl yamacında, Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksinin yaxınlığındakı ərazidə sürüşmə təklükəsi yaranmışdı. Həmin ərazidə yolda iri çatlar əmələ gəlmişdi. Səbail rayon İcra Hakimiyyətindən bir müddət əvvəl Trend-ə verilən məlumata görə, sürüşmə çərşənbə günü gecə saatlarında baş verib. Bununla əlaqədar həmin istiqamətdə avtomobillərin hərəkəti dayandırılıb. Ərazidə bərkitmə işləri aparılır.

Xəbər lenti

Xəbər lenti