...

Bakıda iki marşrut avtobusu toqquşub, yaralılar var (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 23 Avqust 2011 11:58 (UTC +04:00)
Bakıda Binəqədi rayonu ərazisində iki marşrut avtobusu toqquşub.
Bakıda iki marşrut avtobusu toqquşub, yaralılar var (ƏLAVƏ OLUNUB-2)

Səhiyyə Nazirliyinin məlumatı əlavə olunub (ilk xəbər saat 10:35-də yayılıb)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda Binəqədi rayonu ərazisində iki marşrut avtobusu toqquşub.

Hadisə yerindən şahidlərin Trend-ə verdikləri məlumata görə, bu gün səhər saat 10:00 radələrində Binəqədi rayon Yol Polisi Şöbəsinin qarşısında 165 saylı iki marşrut avtobusu toqquşub, yaralananlar var.

Məlumata görə, yaralıların sayı 10-dan artıqdır.

Hadisə yerində təcili tibbi yardım həkimləri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər.

Yaralıların bir qismi xəstəxanaya aparılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə zamanı 8 nəfər xəsarət alıb. Onlardan 2 nəfəri Travmotologiya və ortopediya Elmi-Tədqiqat İnstitutuna, 6-sı isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti