...

Bakıda 5 minik avtomobil toqquşub, xəsarət alan yoxdur

Hadisə Materials 27 Avqust 2011 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda 5 avtomobil toqquşub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonunda "Vaz", "Volswagen", "Toyota", "Opel" və "Daewoo" markalı 5 minik avtomobili toqquşub.

Nəticədə, nəqliyyat vasitələri deformasiyaya uğrayıb, xəsarət alan olmayıb.

Suraxanı rayonunda daha bir yol qəzası qeydə alınıb. Hadisə zamanı "Vaz " markalı minik və "Tatra" markalı yük avtomobili toqquşub.

Nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, minik avtomobilinin sürücüsü - 1982-ci il təvəllüdlü Oleq Georgi oğlu Orucov həlak olub, 1 nəfər sərnişin isə yaralanıb. Yaralı xəstəxanaya aparılıb.

Şəmkir rayonunda isə bir avtomobil aşıb.

Rayonun Dəllər Cəyir kəndində Bakı-Qazax avtomobil yolunun 392-ci kilometrliyində "Vaz" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq çevrilib.

Nəticədə sürücü - 1961-ci il təvəllüdlü Səyyad Həmzə oğlu Musayev həlak olaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə Musayevin cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib.

Xəbər lenti

Xəbər lenti