...

Bakıda üç piyadanı vuran sürücü həbs olunub

Hadisə Materials 7 Sentyabr 2011 10:17 (UTC +04:00)
Bakının Nizami rayonunda ağır yol qəzası törətmiş şəxs barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Bakıda üç piyadanı vuran sürücü həbs olunub

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Nizami rayonunda ağır yol qəzası törətmiş şəxs barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Nizami rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, 3 nəfər piyadanın ölümündə günahlandırılan 1979-cu il təvəllüdlü Əzizov Ramin Vilayət oğlu şübhəli şəxs qismində saxlanılmışdı.

Dünən Nizami rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı rayon polis idarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Sentyabrın 4-də saat 09:30 radələrində Nizami rayonu, Babək prospekti 2224-cü məhəllənin yaxınlığında Əzizov idarə etdiyi "Mersedes" markalı, 90 KU 420 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada - Keşlə qəsəbə sakini 1957-ci il təvəllüdlü Şahverdiyeva Svetlana Ağalar qızını vurub.

Sonra avtomobil idarəetməni itirib, yolun kənarında dayanan, təxminən 45-50 yaşlı və 25-27 yaşlı iki piyadanı vurub. Qəza nəticəsində hər üç piyada vəfat edib

Xəbər lenti

Xəbər lenti