...

Bakı polisi dövlət qeydiyyat nişanları olmayan avtomobili saxlayıb

Hadisə Materials 9 Sentyabr 2011 15:47 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, sentyabrın 8-də saat 05.00 radələrində Nəsimi rayonu ərazisində, şəhər sakini Mirvaqif Məmmədzadə üzərində dövlət qeydiyyat nişanları olmayan "TOFAŞ" markalı avtomaşını idarə edərkən Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bakı polisi dövlət qeydiyyat nişanları olmayan avtomobili saxlayıb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir K.Zərbalıyeva /

Bakı polisi dövlət qeydiyyat nişanları olmayan avtomobili saxlayıb.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, sentyabrın 8-də saat 05.00 radələrində Nəsimi rayonu ərazisində, şəhər sakini Mirvaqif Məmmədzadə üzərində dövlət qeydiyyat nişanları olmayan "TOFAŞ" markalı avtomaşını idarə edərkən Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı avtomobilin şəhər sakini Fariz Rəhmanova məxsus olması və sentyabrın 8-nə keçən gecə, Məmmədzadə ilə həmyerlisi Təbriz Tahirov tərəfindən qaçırılması müəyyən edilib.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların iyunun 6-da Nuran Zəkiyevə məxsus avtomaşından səsgücləndiriciləri oğurlamaları da müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti