...

Bakıda külli miqdarda saxta rus rublu satan Rusiya vətəndaşları saxlanılıblar

Hadisə Materials 15 Sentyabr 2011 13:15 (UTC +04:00)
Bakıda külli miqdarda saxta rus rublu satan Rusiya vətəndaşları saxlanılıblar.
Bakıda külli miqdarda saxta rus rublu satan Rusiya vətəndaşları saxlanılıblar

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda külli miqdarda saxta rus rublu satan Rusiya vətəndaşları saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildirilib ki, sentyabrın 14-də DİN-in Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən "Sədərək" ticarət mərkəzində Bakı şəhər sakini Məhiyəddin Seyidova məxsus mağazada Rusiya Federasiyasının vətəndaşları Əminad Mirzayeva və Sultanad Salamova aldıqları malların müqabilində ödədikləri 100.000 rus rublu saxta olduğundan saxlanılaraq, sonrakı araşdırmalar aparılması üçün Qaradağ RPİ-nin 10-cu PB-nə təhvil veriliblər.

PB-də onların üstünə baxış zamanı 2 ədəd gözyaşardıcı qaz balonu aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti