...

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş silahlı qətllə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 10 Oktyabr 2011 13:42 (UTC +04:00)
Nazirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, oktyabrın 9-da saat 00.30 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yaşayan Canbala Atababayev eyni ünvanda yaşayan qardaşının arvadı Mətanət Məlikovanın evinə gələrək münaqişə zəminində "Vinçester" tipli silahdan atəş açıb onu yaralayıb.
Daxili İşlər Nazirliyi Bakıda baş vermiş silahlı qətllə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi Sabunçu rayonunda baş vermiş qətllə bağlı rəsmi məlumat yayıb.

Nazirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, oktyabrın 9-da saat 00.30 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yaşayan Canbala Atababayev eyni ünvanda yaşayan qardaşının arvadı Mətanət Məlikovanın evinə gələrək münaqişə zəminində "Vinçester" tipli silahdan atəş açıb onu yaralayıb.

Sonra özünə məxsus "VAZ-2107" markalı avtomaşınla hadisə yerindən qaçıb. Xəsarət almış Məlikova xəstəxanaya yerləşdirilib və orada ölüb.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Atababayev könüllü olaraq 15-ci polis bölməsinə gələrək hadisə zamanı istifadə etdiyi lüləsi və qundağı kəsilmiş tüfəngi təhvil verib.

Xəbər lenti

Xəbər lenti