Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakı sakininin avtomobili İtaliya dövləti tərəfindən axtarışa verilib.
Trend-in çərşənbə günü Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 11-də Bakı şəhər sakini Oleq Nebratenko "Range Rover" markalı avtomaşını təkrar dövlət qeydiyyatından keçirmək məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat və imtahan şöbəsinə müraciət edib.
Avtomaşının İtaliya dövləti tərəfindən axtarışda olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.