...

Bakıda Şəmsi Bədəlbəyli küçəsində baş vermiş yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub (FOTO, VİDEO)(ƏLAVƏ OLUNUB)

Hadisə Materials 17 Oktyabr 2011 13:34 (UTC +04:00)
Bakıda bu gün yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.
Bakıda Şəmsi Bədəlbəyli küçəsində baş vermiş yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub (FOTO, VİDEO)(ƏLAVƏ OLUNUB)

5 və 6-cı abzaslar əlavə olunub. İlk xəbər 10:11-də yayılıb.

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda bu gün yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, hadisə zamanı "VAZ 2107" markalı avtomobilin sürücüsü Ramin Vəliyev (1978-ci il təvəllüdlü), sərnişinlər Aysel Məmmədova, Türkiyə vətəndaşları - Bürhan Bərat Çəlik Abdulla (1987) və Əlihan Sarıtürk Şərəf oğlu (1990) həlak olublar.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, yol qəzası bu gün 7:30-da Nəsimi rayonu ərazisində, Rəşid Behbudov küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində baş verib. Hadisə yerində 3 nəfər ölüb, 1 nəfər xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 2 nəfər yaralı isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yaralıların vəziyyəti orta-ağırdır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə zamanı xəsarət alanlardan biri Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi, Türkiyə vətəndaşı Ərdam Əlidolu Şehpur (1984) olub. Digər yaralının şəxsiyyəti hələlik müəyyənləşməyib.

Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma (263.3-cü) maddəsi ilə cinayət işi başlanıb.

Bir neçə ay öncə həmin ərazidə daha bir ağır yol qəzası baş vermişdi. Qəzada 1 nəfər həlak olmuşdu.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti