...

Baş Dövlət Yol Polisi İdarəsi dünən Bakıda baş verən ağır yol qəzası barədə rəsmi məlumat yayıb

Hadisə Materials 18 Oktyabr 2011 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Baş Dövlət Yol Polisi İdarəsi dünən Bakıda baş verən ağır yol qəzası barədə rəsmi məlumat yayıb.

İdarədən Trend-ə verilən məlumata görə, oktyabrın 17-də 07:07 radələrində paytaxtın Şəmsi Bədəlbəyli ilə Rəşid Behbudov küçələrinin kəsişməsində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Hüseynov İsmayıl Yaqub oğlunun idarə etdiyi "Daewoo" markalı 10-TC-324 dövlət qeydiyyat nişanlı, 202 saylı şəhərdaxili marşrut üzrə hərəkət edən avtobusla Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Vəliyev Ramin Nadir oğlunun idarə etdiyi "VAZ-2107" markalı, 10-VU-987 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.

Qəza nəticəsində "VAZ-2107 markalı avtomobilin sürücü və sərnişinləri, Türkiyə vətəndaşları - 1987-ci il təvəllüdlü Burhan Berat Felik, 1990-cı il təvəllüdlü Əlihan Sarı Türk Şərəf və şəxsiyyəti müəyyən olunmayan 25-30 yaşlı qadın hadisə yerində ölüb, digər sərnişinlər, Türkiyə vətəndaşları - 1991-ci il təvəllüdlü Ərdam Əlidolu Şehmuz, 1984-cü il təvəllüdlü Əziz Türk xəsarət alaraq xəstəxanaya çatdırılıblar, vəziyyətləri orta-ağırdır.

Xəbər lenti

Xəbər lenti