...

Azərbaycanın İranla sərhədində silahlı insident baş verib

Hadisə Materials 20 Oktyabr 2011 11:37 (UTC +04:00)
Azərbaycanın İranla sərhədində sərhədçilərlə sərhəd pozucusu arasında silahlı insident baş verib.
Azərbaycanın İranla sərhədində silahlı insident baş verib

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın İranla sərhədində sərhədçilərlə sərhəd pozucusu arasında silahlı insident baş verib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən cümə axşamı Trend-ə verilən məlumata görə, oktyabrın 19-u saat 14:00 radələrində Biləsuvar rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin pozulması müşahidə edilib.

Bunun qarşısının alınması məqsədi ilə əraziyə əlavə sərhəd naryadları çıxarılıb və axtarış təşkil olunub. Nəticədə dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb, xəbərdarlıq və qanuni tələblərə tabe olmaqdan imtina edərək sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq olunub.

Açılmış atəş nəticəsində sərhəd pozucusu yaralanıb, hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya təxliyə edilib.

Baş vermiş hadisə barəsində İran tərəfi dərhal məlumatlandırılıb.

Xəbər lenti

Xəbər lenti