...

Van əyalətində baş verən zəlzələdə azərbaycanlı dağıntılar altından sağ çıxarılıb

Hadisə Materials 27 Oktyabr 2011 10:40 (UTC +04:00)
Türkiyənin Van əyalətində baş verən zəlzələdə azərbaycanlı dağıntılar altından sağ çıxarılıb.
Van əyalətində baş verən zəlzələdə azərbaycanlı dağıntılar altından sağ çıxarılıb

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Türkiyənin Van əyalətində baş verən zəlzələdə azərbaycanlı dağıntılar altından sağ çıxarılıb.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Vanda dağıntılar altından azərbaycanlı - Türkiyə vətəndaşı ilə ailəli olan Vüsalə Çalışkan xilas edilib, "Vatan" qəzeti xəbər verir.

Vüsalə bir il yarımdır Azərbaycanda oxuyarkən tanış olduğu Murat Çalışkanla ailə quraraq Türkiyəyə köçüb.

Xilasedicilər onun xilas olunması üçün 5 saat çalışıblar. Amma Vüsalə Çalışkan qolunu itirib.

Van vilayətində oktyabrın 23-də baş verən zəlzələ nəticəsində ölənlərin sayı 481-ə çatıb, 1600 nəfərdən çox yaralı var.

Xəbər lenti

Xəbər lenti