...

Saxta sürücülük vəsiqəsi satan şəxs saxlanılıb

Hadisə Materials 29 Oktyabr 2011 13:09 (UTC +04:00)
Sumqayıt şəhər polisi saxta sürücülük vəsiqəsi ilə avtomobili idarə edən şəxsi saxlayıb.
Saxta sürücülük vəsiqəsi satan şəxs saxlanılıb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıt şəhər polisi saxta sürücülük vəsiqəsi ilə avtomobili idarə edən şəxsi saxlayıb.

Trend-in şənbə günü Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, oktyabrın 28-də Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər sakini Rəfayel Bağırova Rusiya Federasiyası DİN-in Nazran şəhər Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat imtahan şöbəsi tərəfindən verilmiş sürücülük vəsiqəsinin saxta olması müəyyən edilib.

Araşdırmalar zamanı Bağırovun sürücülük vəsiqəsini Sumqayıt şəhər sakini Vüsal Nəzərovdan alması müəyyən edilib.

Bağırov və Nəzərov saxlanılıblar.

Xəbər lenti

Xəbər lenti