...

Xətai rayonunda partlayıcı qurğuya oxşayan əşya insanları təlaşa salıb

Hadisə Materials 31 Oktyabr 2011 12:06 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) "qaynar xətt"inə Bakı şəhəri Xətai rayonunda partlayıcı qurğu ehtimal olunan şübhəli əşyaların aşkarlanması barədə məlumat daxil olub.
Xətai rayonunda partlayıcı qurğuya oxşayan əşya insanları təlaşa salıb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir T.Hacıyev/

Fövqəladə Hallar Nazirliyinin (FHN) "qaynar xətt"inə Bakı şəhəri Xətai rayonunda partlayıcı qurğu ehtimal olunan şübhəli əşyaların aşkarlanması barədə məlumat daxil olub. Bu barədə bazar ertəsi Trend-ə FHN-dən məlumat verilib.

Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıblar. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış əşyaların 4 ədəd fişəng olduğu müəyyən edilib.

Aşkarlanmış fişənglər xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti