...

İranda bir ailəni qətlə yetirən şəxs edam olunub

Hadisə Materials 4 Noyabr 2011 16:40 (UTC +04:00)
İranın Lorestan əyalətinin Nurabad şəhərində bir ailəni qətlə yetirən şəxs cümə günü əhalinin gözü qarşısında edam olunub.
İranda bir ailəni qətlə yetirən şəxs edam olunub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir T.Cəfərov/

İranın Lorestan əyalətinin Nurabad şəhərində bir ailəni qətlə yetirən şəxs cümə günü əhalinin gözü qarşısında edam olunub. Bu barədə Trend İranın ISNA xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, həmin şəxs odlu silahla ana və onun iki övladını öldürüb və digər bir nəfəri isə yaralayıb.

Həmin şəxs barəsində hər bir qətlə görə üç dəfə ölüm hökmü çıxarılıb və icra olunub.

Xəbər lenti

Xəbər lenti