Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir E.Mehdiyev/
Bayram günlərində iki nəfər intihar edib.
Xətai rayon prokurorluğundan cümə axşamı Trend-ə verilən məlumata görə, noyabrın 9-da saat 7:00 radələrində rayonun Xudu Məmmədov küçəsi, ev 5, mənzil 18-də yaşayan 1956-cı il təvəllüdlü Kərimova Validə Əşəd qızı yaşadığı mənzilin mətbəx otağında kəndirlə özünü asaraq intihar edib.
Masallı rayon prokurorluğundan cümə axşamı Trend-ə verilən məlumata görə, rayonun Təzəkənd kənd sakini 1998-ci il təvəllüdlü Qasımov Elvin Sarxan oğlu noyabrın 9-da saat 17:00 radələrində yaşadığı evin həyətində iplə özünü asaraq intihar edib. Onun psixi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.