...

Fövqəladə Hallar Nazirliyi orta məktəbdə baş verən partlayışla bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 11 Noyabr 2011 15:06 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Bakının 234 saylı orta məktəbində baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyi orta məktəbdə baş verən partlayışla bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 11 noyabr / Trend müxbir M.Əliyev/

Fövqəladə Hallar Nazirliyi Bakının 234 saylı orta məktəbində baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.

Trend-in məlumatına görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, Bakı şəhəri Xəzər rayonunda 234 saylı orta məktəbdə baş vermiş partlayış nəticəsində bir şagird xəsarət alıb.

İlkin araşdırmalar nəticəsində, partlayışın məktəbin 3-cü mərtəbəsində, sanitar qovşağında baş verdiyi məlum olub.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər tərəfindən zərərçəkmişə ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım briqadasının həkimlərinə təhvil verilib. Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti