Azərbaycan, Bakı, 15 noyabr / Trend müxbir E.Mehdiyev/
Bakıda 31 yaşlı kişi intihar edib.
Xəzər rayon prokurorluğundan cərşənbə axşamı Trend-ə verilən məlumata görə, noyabrın 15-da saat 3:00 radələrində rayonun Mərdəkan qəsəbəsi, Qızıl Qum bağı massivi, 64 saylı bağ evində 1981-ci il təvəllüdlü Məmmədov Murad Sərdərxan oğlu kəndirlə özünü asaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.