...

Gəncədə zəhərlənmə halları qeydə alınıb

Hadisə Materials 17 Noyabr 2011 12:52 (UTC +04:00)
Gəncədə son iki gündə iki zəhərlənmə halı qeydə alınıb.
Gəncədə zəhərlənmə halları qeydə alınıb

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir E.Mehdiyev/

Gəncədə son iki gündə iki zəhərlənmə halı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildirilib ki, noyabrın 15-də Nizami (Gənсə) rayonunun Yeni Gənсə qəsəbə sakini Günay Abdullayeva evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyəti qənaətbəxşdir.

Noyabrın 16-da Kəpəz rayonunun Sadıllı qəsəbəsində yaşayan İlahə Muradova evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyəti ağırdır.

Xəbər lenti

Xəbər lenti