Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda media nümayəndəsinin döyülməsi faktı ilə bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, noyabrın 21-də "www.7gün.az" saytının redaktoru, Masallı rayon sakini Cavid Şirəliyev Nəsimi RPİ 20-ci Polis Bölməsinə ərizə müraciət edərək həmin gün saat 18.20 radələrində A.Məhərrəmov küçəsi ev 30/14-ün qarşısında Bakı İnformasiya Agentliyinin və "Polit Ress" qəzetinin təsisçisi Südeyif Məcidov və onunla birgə olan 2 naməlum şəxs tərəfindən döyülməsini və 1250 manat pulunun alınmasını bildirib.
Araşdırmalar aparılır.
Azərbaycanda media nümayəndəsinin döyülməsi faktı ilə bağlı araşdırma aparılır
Azərbaycanda media nümayəndəsinin döyülməsi faktı ilə bağlı araşdırma aparılır
