...

Azərbaycanın cənubunda yağan qar torpaq sürüşmələrinə səbəb olub

Hadisə Materials 25 Noyabr 2011 11:23 (UTC +04:00)
Azərbaycanın cənubunda yağan intensiv qar Yardımlıda və Lerikdə torpaq sürüşməsinə səbəb olub.
Azərbaycanın cənubunda yağan qar torpaq sürüşmələrinə səbəb olub

Azərbaycan, Lənkəran, 25 noyabr /Trend, müxbir A.Salmanov/

Azərbaycanın cənubunda yağan intensiv qar Yardımlıda və Lerikdə torpaq sürüşməsinə səbəb olub.

Yardımlı 44 saylı Yol İstismar İdarəsinin rəisi Yaqub Əliyev Trend-ə bildirib ki, ucqar dağ rayonu olan Yardımlıda qar səbəbindən torpaq sürüşmələri baş verib.

Onun sözlərinə görə, rayonun Horavar və Separadi kəndlərində 7 yerdə, o cümlədən Masallı-Yardımlı magistralının bir neçə hissəsində torpaq sürüşmələri və uçqunlar qeydə alınıb.

Əliyev bildirib ki, təbii fəlakətin fəsadları qismən aradan qaldırılsa da, həmin ərazilərdə yenidən torpaq sürüşməsi ehtimalı var.

Lerikin Nücü kənd sakini Şahsənəm Rzayevanın həyətyanı sahəsində də torpaq sürüşməsi baş verib, ailənin yaşadığı ev qəzalı vəziyyətə düşüb. Həmçinin Lerikin Lərmərüd, Vavağon və Haftoni kəndlərinə gedən avtomobil yolunda torpaq sürüşmələri olub.

Xəbər lenti

Xəbər lenti