...

Abşeron rayonunda 3 avtomobil toqquşub, ölən və xəsarət alan var

Hadisə Materials 29 Noyabr 2011 13:28 (UTC +04:00)
Abşeron rayonunda 3 avtomobil toqquşub, ölən və xəsarət alan var.
Abşeron rayonunda 3 avtomobil toqquşub, ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Abşeron rayonunda 3 avtomobil toqquşub, ölən və xəsarət alan var.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 28-də saat 20:30 radələrində Abşeron rayonu ərazisində Şamaxı şəhər sakini Zahid Əkbərovun idarə etdiyi "VAZ-21013" markalı, Hökməli kənd sakini Hacıqulu Abbasovun idarə etdiyi "VAZ-210742 markalı və Sabirabad rayon sakini Sakit Bağırovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşub.

Nəticədə Əkbərov hadisə yerində ölüb, Abbasovun xəsarət almış sərnişini Mahir Rəsulov isə xəstəxanaya yerləşdirilib.

Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti