...

Bakıda tıxac zamanı şirkət rəhbərinin avtomobilindən külli miqdarda pul oğurlanıb

Hadisə Materials 29 Noyabr 2011 14:18 (UTC +04:00)
Bakıda "Diva" şirkətinin rəhbərinin avtomobilindən 218 min dollar oğurlanıb.
Bakıda tıxac zamanı şirkət rəhbərinin avtomobilindən külli miqdarda pul oğurlanıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda "Diva" şirkətinin rəhbərinin avtomobilindən 218 min dollar oğurlanıb.

Nərimanov Rayon Polis İdarəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, oğurluq şirkət rəhbərinin avtomobili Həsən Əliyev küçəsində tıxacda dayanan zaman baş verib.

İstintaqa məlum olmayan şəxs qəfildən avtomobilin qapısını açaraq sürücünün yanındakı oturacağın ayaq hissəsində pul dolu çantanı götürərək qaçıb.

"Diva" şirkəti kompyuter avadanlıqlarının satışı ilə məşğuldur.

Faktla bağlı Cinayət Məcəlləsinin zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədilən soyğunçuluq (180.3.2-ci) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayəti törədən şəxsin müəyyən edilməsi və tutulması istiqamətində iş aparılır.

Xəbər lenti

Xəbər lenti