...

Mühafizə dəstəsi nümayişçilərin Cənubi Osetiyanın de-fakto hökumətinin binasına daxil olmağa cəhd etməsi səbəbindən atəş açıb

Hadisə Materials 30 Noyabr 2011 15:04 (UTC +04:00)
Mühafizə dəstəsi nümayişçilərin Cənubi Osetiyanın de-fakto hökumətinin binasına daxil olmağa cəhd etməsi səbəbilə atəş açıb.
Mühafizə dəstəsi nümayişçilərin Cənubi Osetiyanın de-fakto hökumətinin binasına daxil olmağa cəhd etməsi səbəbindən atəş açıb

Azərbaycan, Bakı, 30 noyabr/Trend/

Mühafizə dəstəsi nümayişçilərin Cənubi Osetiyanın de-fakto hökumətinin binasına daxil olmağa cəhd etməsi səbəbilə atəş açıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü separatçı regionunun administrasiyasının nümayəndəsi deyib.

Atışma Cənubi Osetiyanın de-fakto prezidentliyinə keçmiş namizədi Alla Cioyevanın tərəfdarlarının toplaşdığı Sxinvalinin əsas meydanında baş verib. Onlar de-fakto prezident seçkilərinin nəticələrinin ləğv edilməsi qərarından narazadırlar.

"Hazırda kompleksin binasının qarşısında müxtəlif hesablamalara görə, 700-1000 nəfərə qədər Cioyevanın tərəfdarları var. Mərkəzi Seçki Komissiyasının yerləşdiyi yerə daxil olmağa cəhd edilib. Dövlət Mühafizə Xidmətinin əməkdaşları bir neçə avtomatdan havaya xəbərdaredici atəş açıblar" , - separatçı regionun administrasiyasındakı mənbə deyib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, xəsarət alanlar yoxdur, belə ki, insanlara atəş açılmayıb.

Mühafizə dəstəsi separatçı Cənubi Osetiyanın de-fakto prezidentliyinə keçmiş namizəd Alla Cioyevanı binaya buraxıb.
Cioyeva ilə birlikdə onun tərəfdarı olan general Anatoli Barankeviç də binaya daxil olub.

Xəbər lenti

Xəbər lenti