...

DİN Bakıda baş vermiş qətllə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 3 Dekabr 2011 12:28 (UTC +04:00)
Daxili İşlər Nazirliyi dünən Bakıda baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
DİN Bakıda baş vermiş qətllə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 3 dekabr / Trend müxbir E.Mehdiyev/

Daxili İşlər Nazirliyi dünən Bakıda baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, dekabrın 2-də Bakının Nizami rayonu ərazisində yaşayan şəhər sakini Ramin Əsgərov şəxsi münasibətlər zəminində ov tüfəngindən atəş açaraq Şirvan şəhər sakini Aytən Şahlarovanı qətlə yetirmiş, sonra isə özünə də xəsarət yetirmişdir.

Məlumatda qeyd olunur ki, R.Əsgərov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. Nizami RPİ 25-ci PB-nin əməkdaşaları tərəfindən hadisə yerindən 1 ədəd lüləsi və qundağı kəsilmiş "TOZ-16" markalı ov tüfəngi götürülmüşdür.

Xəbər lenti

Xəbər lenti