...

Xəzərdə itən iki qayıq axtarılır

Hadisə Materials 9 Dekabr 2011 12:29 (UTC +04:00)
Xəzərdə itən iki qayıq axtarılır.
Xəzərdə itən iki qayıq axtarılır

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Xəzərdə itən iki qayıq axtarılır.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 8-də nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyindən daxil olmuş məlumata əsasən, dekabrın 6-7-də 2 qayıq şəxsi məqsədlərlə Pirallahı adası ətrafında dənizə çıxıb.

Qayıqlar mühərriklərində yaranmış nasazlıq səbəbindən dalğaların və axının təsirindən Xaçmaz rayonu istiqamətinə aparılıb.

Qayıqlardan biri Xaçmaz rayonunun Niyazoba kəndi sahilindən 20 km aralıda, digəri Pirallahı adasından 45 km aralıda olarkən əlaqə kəsilib.

Hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb.

Dekabrın 8-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin 1 ədəd helikopteri qayıqların axtarışlarının aparılması üçün havaya qalxıb, axtarışlar nəticə verməyib.

Qayıqların tapılması istiqamətində zəruri tədbirlərin görülməsi davam etdirilir.

Xəbər lenti

Xəbər lenti