Azərbaycan, Bakı, 21 dekabr / Trend, müxbir K.Zərbalıyeva/
Keçmiş məhkumdan külli miqdarda narkotik vasitə götürülüb.
Bakının Binəqədi Rayon Polis İdarəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 38 yaşlı Nərimanov Ruslan Seydulla oğlundan 3 kiloqram qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitə saxlama, əldə etmə, daşıma (234-cü) maddəsi ilə cinayət işi başlanıb.