...

Bakıda avtobusların törətdiyi yol qəzaları (VİDEO)

Hadisə Materials 22 Dekabr 2011 11:27 (UTC +04:00)
Bakıda avtobusların törətdiyi yol qəzaları (VİDEO)
Bakıda avtobusların törətdiyi yol qəzaları (VİDEO)

Azərbaycan, Bakı, 22 dekabr / Trend müxbir K.Zərbalıyeva/

Bu il Bakıda qeydə alınan yol qəzalarının 100-dən çoxu avtobus sürücüləri tərəfindən törədilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu il dekabrın 17-dək paytaxtda 1259 yol qəzasından 109-u avtobus sürücüləri tərəfindən törədilib.

Hadisələrdə 38 nəfər ölüb, 101 nəfər xəsarət alıb.

Avtobus sürücülərinə qarşı keçirilən tədbirlər zamanı 2511 sürücü inzibati məsuliyyətə cəlb olunub. İşıqforun qırmızı işığında keçdiyi üçün 205, üfüqi xəttin tələblərini pozduğu üçün 357, yolayrıcını keçmə qaydalarını pozduğu üçün 301, dayanacaqdan kənarda sərnişin mindirib-düşürdüyü üçün 491, sərnişin dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olduğu üçün 51 avtobus sürücüsü cəzalandırılıb.

68 avtobus sürücüsü isə 10 və daha çox bal topladığı üçün müxtəlif müddətlərə sürücülük hüququndan məhrum edilib.

Get the Flash Player to see this player.

Xəbər lenti

Xəbər lenti