Azərbaycan, Bakı, 6 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Qubada ağır yol qəzası olub, 4 nəfər xəsarət alıb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də saat 20:00 radələrində Quba şəhəri ərazisində, şəhər sakini Natiq İbrahimovun idarə etdiyi "Mitsubishi" və 1-ci Nügədi kənd sakini Bəhruz Talıbovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşub.
Xəsarət almış hər 2 sürücü və B.Talıbovun 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Sürücülərə tibbi yardım göstərildikdən sonra buraxılmış, digərlərinin vəziyyəti isə orta-ağırdır.