...

Türkiyədə terrorizmdə şübhəli bilinən 13 nəfər saxlanılıb

Hadisə Materials 7 Yanvar 2012 13:01 (UTC +04:00)
Türkiyədə terrorizmdə şübhəli bilinən 13 nəfər saxlanılıb
Türkiyədə terrorizmdə şübhəli bilinən 13 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 7 yanvar / Trend müxbir A.Tağıyeva/

Türkiyənin təhlükəsizlik qüvvələrinin apardıqları xüsusi əməliyyat nəticəsində İstanbulda 13 nəfər saxlanılıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü TRT Haber telekanalı xəbər verib.

Saxlanılanlar bəzi terror aktlarında iştirakda və Kürd Fəhlə Partiyasına yardımda şübhəli bilinirlər.

PKK yaraqlıları intensiv olaraq həm dinc əhaliyə, eləcə də ölkənin təhlükəsizlik qüvvələrinə qarşı terror aktları təşkil edirlər.

Belə ki, sentyabrın 22-də PKK-nın hərbi qanadı olan "Kürdüstan Azadlıq Şahinləri" (KAŞ) radikal qruplaşması Ankarada 3 nəfərin həlak olması, 34 nəfərin yaralanması ilə nəticələnən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti